QARABAĞ

15 Avqust

Bu il azad edilmiş rayonlarda tikinti işlərinə xərclənən vəsaitin məbləği açıqlanıb - SİYAHI

2024-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 2 milyard 56 milyon 358 min manat vəsait sərf edilib.

Finss.az-ın Dövlət Statistika Komitəsinin hesabatına əsasən məlumatına görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 22.8% və ya 381 milyon 790 min manat çoxdur. Belə ki, 2023-cü ilin yanvar-iyun ayları ərzində azad edilmiş rayonlarda tikinti quraşdırma işlərinə 1 milyard 674 milyon 568 min manat vəsait yönəldilib.

Qeyd edək ki, bu dövrdə tikinti quraşdırma işlərinə sərf edilən vəsait 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə Xocalıda 649 dəfə, Qubadlı 2.6 dəfə, Ağdamda 2.3 dəfə, Şuşada isə 52% artırılıb.

Xatırladaq ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər ( 438.5 mln. manat), Ağdam ( 308.5 mln. manat) və Laçın ( 242.4 mln. manat) rayonlarına ayrılıb.

Azad edilmiş
rayonlar

2023-cü ilin I yarısı
Min manat

2024-cü ilin I yarısı
Min manat

Kəlbəcər 344 611,7 438 462,2
Ağdam 134 678,8 308 519,5
Laçın 328 972,3 242 400,4
Şuşa 154 999,2 240 303,7
Füzuli 314 737,7 226 459,3
Zəngilan 155 769,7 202 507,7
Qubadlı 67 651,6 173 711,6
Cəbrayıl 138 505,2 165 735,3
Xocavənd 34 603,7 26 590,8
Xocalı 38,1 24 737,9
Xankəndi  

6 930

 

Fuad Mədətov
Finss.az