QARABAĞ

12 Avqust

"Azad edilmiş ərazilərdə minlərlə təhlükə zərərsizləşdirilib"

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarını davam etdirir.

ANAMA-nın bu həftəlik hesabatına görə, 05.08.2024 - 11.08.2024 tarixləri arasında Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında geniş miqyaslı əməliyyatlar icra olunub.

Finss.az xəbər verir ki, bu əməliyyatlar nəticəsində ümumilikdə 163 piyada əleyhinə mina, 44 tank əleyhinə mina və 10,040 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Bu göstəricilər işğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin olunması və həmin ərazilərin gələcəkdə məskunlaşdırılmasına şərait yaratmaq üçün həyata keçirilən əhəmiyyətli addımlardır.

Məlumat üçün qeyd edək ki, ANAMA tərəfindən aparılan bu minatəmizləmə əməliyyatları mütəmadi olaraq davam etdirilir və işğaldan azad edilmiş ərazilərin tam təhlükəsiz hala gətirilməsi üçün səylər artırılmaqdadır. Bu cür əməliyyatlar həmçinin ərazilərin sosial-iqtisadi inkişafı üçün vacib əhəmiyyət kəsb edir.

 

Zemfira Ms

Finss.az