QARABAĞ

06 Avqust

Necmeddin Taşbağ: “Qarabağda tikinti işlərində məhsullarımızdan istifadə edilir”

“Qarabağda aparılan yenidənqurma işləri Azərbaycanın tikinti materiallarının istehsalı bazarının ciddi şəkildə genişlənməsinə imkan yaratdı”. Bunu “Azərbaycan iqtisadiyyatı” Teleqram kanalına Sumqayıt Kimya Sənaye Parkının (SKSP) tikinti kimyəviləri istehsalı ilə məşğul olan rezidenti “Kartaş Kimya” MMC-nin direktoru Necmeddin Taşbağ deyib.

Onun sözlərinə görə, son 3 ildə Qarabağda infrastruktur layihələrinin sayının artması şirkətin satışının həcminin artmasına səbəb olub. Bu müddətdə istehsalın təxminən 30-40 faizi Qarabağdakı layihələrin icrasına yönəlib: “Məhsullarımızla Qarabağdakı binaların və tarixi abidələrin təmirində, yeraltı infrastruktur layihələrinin icrasında, yolların, tunellərin tikintisində iştirak edirik. Bizim məhsul çeşidimiz həm yerüstü, həm də yeraltı infrastruktur layihələrinin icrasına imkan verir. Füzuli, Ağdam istiqamətindəki tunellərin, dəmiryolunun, Zəfər yolunun çəkilməsində, Kəlbəcər-Laçın istiqamətində tunellərin inşasında - demək olar ki, əksər tikinti işlərində məhsullarımızdan istifadə edilir”.