2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 147 yeni müəssisə və təşkilat, 2662 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Fins.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, əvvəlki illə müqayisədə yeni yaradılan müəssisə və təşkilatların sayı 45.5%, fərdi sahibkarlıq subyektlərinin sayı 23.4% artıb. Belə ki, 2022-ci il ərzində işğaldan azad edilmiş rayonlarda 101 yeni müəssisə və təşkilat, 2157 yeni fərdi sahibkarlıq subyekti yaradılıb.
Xatırladaq ki, hesabat dövründə ən çox müəssisə və təşkilat Ağdam (35), Cəbrəyıl (22) və Laçın (19) rayonlarında yaradılıb. Ən çox fərdi sahibkarlıq subyekti isə Ağdam (994), Füzuli ( 632) və Laçın (273) rayonlarında yaradılıb.
Aşağıdakı cədvəldə, ötən il ərzində azad edilmiş rayonlar üzrə yeni yaradılmış müəssisə və təşkilatların, fərdi sahibkarlıq subyektlərinin siyahısı verilib.
Azad edilmiş rayonlar | Müəssisə və təşkilatlar | Fərdi sahibkarlar |
Ağdam | 35 | 994 |
Füzuli | 15 | 632 |
Laçın | 19 | 273 |
Qubadlı | 10 | 188 |
Cərayıl | 22 | 176 |
Kəlbəcər | 14 | 145 |
Zəngilan | 15 | 108 |
Şuşa | 7 | 64 |
Xocavənd | 7 | 54 |
Xocalı | 3 | 26 |
Xankəndi | 2 |
Fuad Mədətov
Fins.az