MARKETİNQ

12 Avqust

COP-un BMT başda olmaqla digər qlobal təşkilatlarla əlaqələri yüksələn xətlə inkişaf edir

Milli maraqlar əsasında multiregional xarici siyasət yürüdən Azərbaycan qlobal miqyasda əməkdaşlığın və həmrəyliyin möhkəmlənməsinə önəmli töhfələr verir. Təsadüfi deyil ki, son vaxtlarda Prezident İlham Əliyev həm İslam coğrafiyasında, həm də Avropa İttifaqı (Aİ) məkanında dövlət və hökumət başçıları səviyyəsində keçirilən bir sıra sammitlərə fəxri qonaq qismində dəvətlər alıb. Buna görə Azərbaycan artıq nüfuzlu beynəlxalq tədbirlərin, qlobal forumların ənənəvi olaraq keçirildiyi məkana çevrilib. Bu tədbirlərdə və görüşlərdə bir qayda olaraq qlobal gündəliyə aid aktual məsələlər müzakirələrə çıxarılır və mühüm qərarlar qəbul edilir. Təbii ki, bu qərarların qəbul olunmasında Azərbaycanın təşəbbüsü və moderator rolu mütləq nəzərə alınır.

Finss.az xəbər verir ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası çərçivəsində qlobal iqlim dəyişikliyi ilə mübarizə sahəsində bir sıra mühüm nəticələr əldə edilib. Bu nəticələr iqlim siyasətinin formalaşmasında və iqlim dəyişikliyinə qarşı qlobal səylərin gücləndirilməsində vacib rol oynayır.

Paris Sazişi (2015) qlobal temperatur artımını 2°C-dən aşağı saxlamağı və mümkün qədər 1.5°C ilə məhdudlaşdırmağı məqsəd qoyur. Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDCs) ölkələr, iqlim dəyişikliyi ilə mübarizə üçün öz milli töhfələrini bəyan edir və həyata keçirir. Bu töhfələr, karbon emissiyalarının azalması, yenilənə bilən enerji mənbələrinə keçid və iqlim dəyişikliklərinə adaptasiya tədbirlərini əhatə edir.

Kaira Agayeva 

Finss.az