MARKETİNQ

11 Avqust

"Regional İqlim Həftələri" davam edir

Azərbaycanda gənclər arasında iqlim dəyişmələri ilə bağlı məlumatlılığı artırmaq və iqlim dəyişikliyi ilə mübarizənin önəminə diqqət çəkmək üçün “Regional İqlim Həftələri” adlı proqram həyata keçirilir.

Finss.az bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir.

Ekologiya və Təbii Sərvətlər, Gənclər və İdman nazirlikləri, UNICEF-in Azərbaycandakı Nümayəndəliyinin birgə təşəbbüsü ilə keçirilən proqram çərçivəsində ilk tədbir Lənkəran şəhərində keçirilib. Şirvan, Saatlı, Biləsuvar rayonlarında növbəti təlimlər və görüşlər davam etdirilib, interaktiv oyunlar təşkil edilib, iqlim dəyişikliyi ilə bağlı maarifləndirici sənədli film nümayiş olunub.

Gənc İqlim Elçiləri tərəfindən icra olunan layihə ölkənin COP29-a hazırlaşdığı ərəfədə gəncləri iqlimlə bağlı mühüm məsələlər barədə maarifləndirmək və onları bu istiqamətdə müxtəlif fəaliyyətlərə cəlb etmək məqsədini daşıyır. Layihənin digər regionlarda da keçirilməsi nəzərdə tutulub.