MARKETİNQ

06 Avqust

Qırğız Respublikasının nümayəndə heyəti ilə COP29-a hazırlıq tədbirləri müzakirə edilib

Qırğız Respublikasının təbii resurslar, ekologiya və texniki nəzarət naziri vəzifəsini icra edən Azis Saparaliyevin başçılıq etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Finss.az-a verilən məlumata görə, görüşdə Azərbaycanın bu il ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq tədbirləri ətrafında fikir mübadiləsi aparılıb.

Kaira Ağayeva 

Finss.az