MARKETİNQ

12 Dekabr

"Epic Games" Google-a qarşı antiinhisar davasında qalib gəlib

Epic Games-in Google-a qarşı Google Play Store-dan istifadə edən bütün proqram tərtibatçılarının rəqəmsal məhsul və ya xidmətlərin satışına görə 30%-ə qədər komissiya ödəməsini tələb edən şirkət siyasətləri ilə bağlı iddiası yekunlaşıb.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Kaliforniyanın Şimal Dairə Məhkəməsində baxılan işdə münsiflər heyəti qərara aldı ki, Google tətbiq mağazasını idarə edərkən antiinhisar qanunlarını pozub.

Epic Games-in baş icraçı direktoru (CEO) Tim Sweeney X sosial media hesabında "Google-a qarşı Qələbə" yazısını paylaşıb. Sueeney münsiflər heyətinin hər baxımdan Google Play inhisarına qarşı qərar verdiyini bildirdi.

Google və Epic Games arasındakı mübahisə 2020-ci ilin avqust ayında Epic-in Fortnite oyununa yeniləmələr buraxdığı zaman baş vermiş hadisədən qaynaqlanırdı ki, bu da şirkətə müştərilərə tətbiq mağazaları vasitəsilə deyil, birbaşa tətbiqdaxili alışlar üçün hesab göndərməyə imkan verdi.

Sonra, Google və Apple tez bir zamanda Fortnite-ı tətbiq mağazalarından sildilər və Epic Games hər iki şirkəti birbaşa hesablama və Epic mağazasını smartfonlara quraşdırmaq üçün məhdudiyyətsiz imkanlara görə məhkəməyə verdi.

Epic Games-in Apple-a qarşı qaldırdığı iddiaya 2021-ci ildə baxılıb və bu ilin əvvəlində apellyasiya şikayəti verilib.

Günel Məlikzadə
Fins.az