MARKETİNQ

12 Dekabr

"Pinduoduo" Alibaba-nın taxtına oturub

Çinin ən yeni e-ticarət mərkəzi olan Pinduoduo-nun (PDD) inanılmaz yüksəlişdədir. Xüsusilə də Çinin tənzimləyici qurumları tərəfindən tənqid edilən Jack Manın açıqlamalarından sonra Alibaba çətin anlar yaşayır. 2020-ci ilin oktyabr ayından etibarən səhmləri azalma tendensiyası yaşayan şirkət daxili bazarda bazar payının itirilməsini tam dayandıra bilməyib.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Alibaba-nın Çin bazarında liderliyini itirməsi şirkətin daxili və xarici təzyiqlərlə üzləşdiyini göstərir. PDD-nin sürətli inkişafı və Alibaba-nı ötməsi e-ticarət sənayesindəki rəqabətin nə qədər dinamik olduğunu ortaya qoyur. Alibaba-nın qarşıdakı dövrdə atacağı addımlar və qəbul edəcəyi strategiyalar şirkətin rəqabət üstünlüyünü bərpa etmək yolunun mühüm müəyyənediciləri olacaq. Dekabrın ilk həftəsi etibarilə PDD-nin ölçüsü 186,39 milyard dollara çatdığı halda, Alibaba-nın ölçüsü 183,97 milyard dollar olaraq qaldı.

Pindoudou şirkətinin adının ingiliscə qarşılığı “birlikdə, daha çox qənaət, daha çox əyləncə”dir.  Şirkət 2015-ci ildə yaradılıb. 2018-ci ilin iyulunda birjaya çıxmazdan əvvəl təxminən 1,7 milyard dollar maliyyə aldı. Ictimai təklifdən sonra kapital strukturuna ikinci dərəcəli təkliflər və borc alətləri hesabına daha 2,1 milyard dollar vəsait əlavə etdi. Onun əsas səhmdarlarına Tencent, Hillhouse Capital və Sequioa Capital China daxildir.

Günel Məlikzadə
Fins.az