MARKETİNQ

12 Dekabr

TikTok Tokopedia-ya 1,5 milyard dollar sərmayə qoyacaq

Cənub-Şərqi Asiyanın ən böyük e-ticarət bazarı olan İndoneziyada daha çox iş görməyi planlaşdıran TikTok tənzimləyicilər tərəfindən bloklanandan sonra İndoneziyanın texnologiya nəhəngi GoTo-nun elektron ticarət şirkəti Tokopedia-ya 1,5 milyard dollar sərmayə qoymağa qərar verdi.

Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, TikTok İndoneziyanın texnologiya nəhəngi GoTo-nun elektron ticarət bölməsi olan Tokopedia və TikTok-un e-ticarət biznesinin yerli bölməsi olan TikTok Shop Indonesia-nı bir araya gətirəcək yeni birgə müəssisəyə 1,5 milyard dollar qoyur. TikTok yeni müəssisədə 75,01 faiz nəzarət paketinə sahib olacaq. Satınalma ilə bağlı əməliyyat prosesinin 2024-cü ilin birinci rübündə başa çatdırılması gözlənilir.

əxminən iki ay əvvəl Cakarta kiçik yerli satıcıları və istifadəçilərin məlumatlarını qorumaq üçün sosial media platformalarında onlayn alışlar üçün birbaşa ödənişləri qadağan etdi. TikTok yeni qaydaya əməl etmək üçün oktyabrın 4-də elektron ticarət xidmətini dayandırıb. Bugünkü sövdələşmə TikTok-un kiçik biznesi qoruyan qaydalara görə İndoneziyada biznes fəaliyyətini dayandırmasının birbaşa nəticəsidir.

İndoneziya Cənub-Şərqi Asiyanın e-ticarət mənzərəsində böyük varlığa malikdir. Keçən il İndoneziyada e-ticarət həcminin 50-60 milyard dollar arasında olduğu təxmin edilir.

Günel Məlikzadə
Fins.az