MARKETİNQ

11 Dekabr

Intel Core Ultra 9 prosessorları bəlli olub

Intel Meteor Lake "Core Ultra" prosessorları üçün geri sayım rəsmi olaraq başladı. Nəhayət, bu modellər arasında CPU-Z platformasında Intel Core Ultra 9 185H nümayiş etdirildi. 

Intel sentyabr ayında keçirilən tədbirdə 14-cü nəsil  Meteor Lake prosessorlarını təqdim etdi. Bu nöqtədə,  Foveros 3D texnologiyası ilə noutbukları hədəfləyən CPU-lar üçün dekabrın 14-ü qeyd edildi. Intel Core Ultra 9-H seriyasından yeni detallar paylaşıldı. 

Fins.az xəbər verir ki, Intel Meteor Lake prosessorları üçlü Hibrid CPU arxitekturasına əlavə olaraq yeni adlandırma sxemi gətirir. Bu modellərlə Intel Core 3, 5, 7 və Core Ultra 5, 7, 9 sxeminə keçid edilib. Əlavə olaraq xatırladaq ki, inteqrasiya olunmuş NPU-lu prosessorlar Redwood Cove (P-Core) və Crestmont (E-Core) nüvələri ilə təchiz edilir.

Bu yaxınlarda Intel Core Ultra 9 185H ilə təchiz edilmiş Samsung Galaxy Book modelinin şəkilləri internetə sızdı. Yeni şəkillərdə qarşıdan gələn Intel Core Ultra 9 prosessorları haqqında bəzi yeni məlumatlar var. 

Core Ultra 9 185H-nin 2049 yuvaya sahib olacağını görürük. Bu konfiqurasiyaya 6 performans, 8 səmərəlilik və 2 aşağı güc nüvəsi daxil olmaqla cəmi 16 nüvə, 22 yiv və 45W TDP daxildir. Həmçinin başqa bir şəkildə, prosessorun bir nüvəli 767,2 bal və çox nüvəli 8096,9 bal aldığını görürük. 

Günel Məlikzadə
Fins.az