IKT

27 Yanvar

OpenAI-ya qarşı Hindistanın rəqəmsal xəbər nəşriyyatlarından məhkəmə iddiası

Finss.az - Hindistanın bir neçə böyük rəqəmsal xəbər nəşriyyatı, o cümlədən milyarder Qautam Adani və Mukeş Ambaniyə aid olanların, OpenAI-a qarşı məhkəmə iddiası qaldırıb.

Bu barədə Reuters agentliyi hüquqi sənədlərə istinadən məlumat verib. İddianı təqdim edən nəşriyyatlar, süni intellekt şirkətinin öz platformalarından qorunan müəllif hüququ ilə qorunan məzmunu qanunsuz şəkildə istifadə etdiyini bildirir. Məsələn, NDTV (Adani) və Network18 (Ambani) kimi şirkətlər, veb-saytlarının kontentlərinin OpenAI-nin ChatGPT aləti tərəfindən istifadə edildiyindən narahatdırlar. Onlar vurğulayırlar ki, bu cür istifadə müəllif hüquqlarına ziddir.

Məhkəmə iddiası, Nyu-Dehli məhkəməsindən OpenAI-ya qarşı mövcud olan başqa bir iddiaya qoşulmasını tələb edir. Keçən il ANI xəbər agentliyi də OpenAI-ya qarşı oxşar iddia qaldırmışdı və bu, Hindistanın ən böyük məhkəmə mübahisələrindən biri olub.