Finss.az - Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) süni intellektin enerji sektorunda tətbiqi ilə bağlı beynəlxalq layihələrdə iştirak edir.
Davos Forumunda yayımlanan Dünya İqtisadi Forumunun hesabatında 4SİM-in "Enerjidə süni intellekt həlləri" layihəsi xüsusi qeyd olunub. Bu layihə çərçivəsində 40 həll konsepsiyası hazırlanıb və Azərbaycanda pilot layihənin icrasına başlanılıb. Layihə elektrik enerjisinə qənaət məqsədilə ağıllı sensorların və prediktiv süni intellektin tətbiqini nəzərdə tutur.
Bundan əlavə, 4SİM və Davos Forumunun İnvestisiya Siyasəti Platforması "Azərbaycanın rəqəmsal iqtisadiyyatına investisiyaların cəlbi" layihəsini həyata keçirərək yerli startap və KOB-ların inkişafı üçün tövsiyələr hazırlayıb.