Finss.az - İnformasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı enerji sektorundan asılıdır və süni intellekt (AI) bu sahədə mühüm rol oynayır. AI enerji istehlakını optimallaşdırmaqla ekoloji cəhətdən təmiz keçidi dəstəkləyir.
Məsələn, ABŞ-ın "Xcel" şirkəti süni intellektin hava proqnozu hesabatlarında tətbiqi sayəsində külək enerjisi istehsalında dəqiqliyi artırıb. "Google"un "DeepMind" şirkəti məlumat mərkəzlərinin enerji istehlakını 40% azaltmağa nail olub.
Azərbaycanda isə Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) enerji sahəsində AI həllərinin tətbiqi üzrə qlobal konsepsiyalar hazırlayıb və pilot layihəyə start verib.