Finss.az - 2024-cü ildə Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən göstərilən xidmətlərin dəyəri əvvəlki illə müqayisədə real ifadədə 11,4% artaraq 3601,7 milyon manat olub.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu xidmətlərin 71,2 faizi əhali tərəfindən istehlak edilib.
Xidmətlərdən əldə edilən gəlirin 34,3 faizi, yəni 1 milyard 235 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.