Finss.az - Son zamanlar “YouTube” sosial şəbəkəsində eyni məzmundan istifadə edilərək müxtəlif domenlər üzərindən fişinq hücumları artıb. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) bu barədə məlumat yayıb.
Hücumlar reklam kampaniyası vasitəsilə hədəf auditoriyalara çatdırılır və vətəndaşlardan şəxsi məlumatlarını (ad, soyad, e-poçt, telefon nömrəsi) daxil etmələri tələb olunur. Daha sonra zəng vasitəsilə bank kartı məlumatları istənilir. Elektron Təhlükəsizlik Xidməti, vətəndaşlara şübhəli keçidlər və zənglərdən çəkinməyi və məlumatları yalnız müvafiq qurumlardan yoxlamağı tövsiyə edir.