Finss.az - Ötən ilin dekabrında Azərbaycan sabit genişzolaqlı internetin orta sürətinə görə 154 ölkə arasında 91-ci yerdə qərarlaşıb. "Speedtest Global Index"ə görə, ölkəmiz noyabr ayı ilə müqayisədə 1 pillə irəliləyərək sabit internet sürətini 65,59 MB/s-ə çatdırıb. Bir il əvvəlki göstərici ilə müqayisədə (35,25 MB/s) sürət 86 faiz artıb.
Mobil internetin sürətində isə Azərbaycan 110 ölkə arasında 55-ci yeri tutub. Sürət 56,78 MB/s olmaqla noyabra nisbətən 1 pillə irəliləyib. Mobil internetin sürətinə görə dünyanın birinci yeri Birləşmiş Ərəb Əmirlikləri (453,87 MB/s) tutarkən, Əfqanıstan sonuncu yerdə qərarlaşıb (8,20 MB/s).
Bakı şəhəri sabit genişzolaqlı internetin sürətinə görə 199 şəhər arasında 115-ci yerdə olub, sürət 58,31 MB/s-yə düşüb. Mobil internetin sürətinə görə isə Bakı 160 şəhər arasında 77-ci sıradadır, sürət 72,75 MB/s-dir.