IKT

16 Yanvar

Radio yayımının rəqəmsallaşdırılmasına maddi dəstək göstəriləcək

Finss.az - Azərbaycanda rəqəmsal radio yayımına keçidlə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya veriləcək.

Bu barədə Audiovizual Şuranın 2024-cü il üzrə ümumi hesabatında bildirilib.

Hesabata əsasən, Audiovizual Şura “Azərbaycan Respublikasında rəqəmsal radio yayımına keçid ilə əlaqədar yerüstü radio yayımçılarının yayım xərcləri üçün subsidiya verilməsinin Qaydası”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı layihəsini hazırlayıb.

Yayımların son versiyası tam hazır olduqdan sonra Nazirlər Kabinetinə təqdim ediləcək.