Finss.az - Kibertəhlükəsizlik üzrə mütəxəssis Tomas Rot, Apple-a aid iPhone 15 modelinin USB-C təhlükəsizlik sistemini sındırmağın yolunu tapıb.
O, 38-ci “Chaos Communication” konqresində bu nailiyyətini ictimaiyyətə təqdim edib. Rot, iPhone 15-də istifadə olunan ACE3 USB-C kontrolunun proqram təminatını sındıraraq, təhlükəsizlik protokollarını aşmağa müvəffəq olub.
Bu metodla, ciberdələduzlar "qurbanın" smartfonuna fiziki girişi və xüsusi USB naqilini əldə etdikdə, sistemi uzaqdan idarə edə bilirlər.
Apple şirkəti hələlik bu iddialara münasibət bildirməyib.