IKT

19 Dekabr

İlk düymələri olmayan smartfon 2025-ci ildə buraxılacaq

Çinin İT şirkəti Xiaomi 2025-ci ilin birinci yarısında fiziki düymələri olmayan inqilabi smartfon buraxmağı planlaşdırır. Vesti.az xəbər verir ki, bu barədə avqustun 26-da SmartPrix portalı insayder məlumatlarına istinadən məlumat yayıb.
Kod adı Zhuque olan yeni smartfon bu tipli ilk cihaz olacaq və qadcetlərin idarə edilməsində yeni dövrə başlayacaq.

Finss.az xəbər verir ki, smartfon jestlərdən, təzyiqə həssas kənarlardan və ya səsli əmrlərdən istifadə etməklə idarə olunacaq ki, bu da istifadəçilərin adi düymələrdən istifadə ehtiyacını tamamilə aradan qaldıracaq. Bundan əlavə, smartfon ekranın altındakı selfi kamerası ilə təchiz ediləcək ki, bu da keyfiyyətcə Samsung Galaxy Z Fold-da istifadə edilən analoji həlli üstələyir. Yeni cihaz 2025-ci ilin yaz-yayında buraxılması planlaşdırılan Xiaomi 15S Pro-da da istifadə olunacaq Snapdragon 8+ Gen 4 çipinin overclock edilmiş versiyasında işləyəcək. Lakin modelin mümkün qiyməti hələlik məlum deyil.

Qeyd edək ki, Meizu artıq 2019-cu ildə Zero modeli ilə fiziki düymələri olmayan smartfon yaratmağa cəhd etsə də, heç vaxt kütləvi istehsala çatmayıb. Həmin gün Bloomberg, Apple-ın sentyabrın 10-da keçiriləcək illik təqdimatında yeni iPhone 16 və digər qadcetləri təqdim etmək planları haqqında məlumat verdi. Yeni məhsullar arasında daha böyük ekrana və nazik korpusa malik Apple Watch Series 10, həmçinin AirPods qulaqlıqlarının yenilənmiş versiyası da gözlənilir.

Kaira Agayeva 

Finss.az