Ötən il kənd təsərrüfatı məhsullarının istehsal həcminə görə respublikada lider mövqeyində qərarlaşan Şəmkir rayonunda cari ildə 6598 hektar sahədə kartof əkilmişdir. Həyata keçirilən yüksək aqrotexniki tədbirlər nəticəsində sahələrdə bol məhsul yetişmişdir. Artıq xeyli vaxtdır ki, məhsul yığımına başlanılmışdır. Son statistik məlumata görə, artıq 4416 hektar sahənin məhsulu toplanaraq anbarlara yığılmışdır.
Fins.az xəbər verir ki, fermerlər tərəfindən ümumilikdə 122808,1 ton məhsul əldə edilmişdir ki, bu da keçən ilkindən bir qədər çoxdur. Orta məhsuldarlıq isə hər hektardan 278,1 sentner olmuşdur.