Finss.az - Bu il Bakıda keçiriləcək "Formula 1" üzrə Azərbaycan Qran-prisində əsas yarışın başlanma vaxtı müəyyənləşib.
Turnirin rəsmi saytında verilən məlumata əsasən, əsas yarış sentyabrın 21-də, yerli vaxtla saat 15:00-da start götürəcək.
Sentyabrın 19-da saat 12:30-da birinci sərbəst yürüş, saat 16:00-da isə ikinci sərbəst yürüş başlayacaq. Növbəti gün saat 12:30-da üçüncü sərbəst yürüş, 16:00-da isə təsnifat yarışı keçiriləcək.
Qeyd edək ki, "Formula 1" üzrə yeni mövsüm martın 16-da Avstraliyada start götürəcək.
Zemfira Ms
Finss.az