Finss.az - AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker, Misli Premyer Liqasının 20-ci turunda “Qarabağ” – “Turan Tovuz” oyunundakı mübahisəli qolu şərh edib.
De Blekerin sözlərinə görə, 90-cı dəqiqədə baş verən epizodda “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev künc zərbəsindən ötürülən topu yumruqla uzaqlaşdırıb, lakin top “Turan Tovuz”un oyunçusu Kauan Martinsin önünə düşüb və o, qolu vurub. VAR görüntülərindən sonra qapıçıya qarşı heç bir qayda pozuntusunun olmadığı sübut olunub və qol təsdiq edilib.
Qeyd edək ki, “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov epizodda qayda pozuntusu olduğunu bildirib və hakimləri diqqətli olmağa çağırıb.
Zemfira Ms
Finss.az