Finss.az - Ağdam təmsilçisi "Qarabağ" Avropa Liqasının 7-ci turunda Rumıniyanın FCSB klubu ilə qarşılaşıb. Bakıdakı Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutan oyun 2:3 hesabı ilə qonaq komandanın xeyrinə başa çatıb. Bu məğlubiyyətlə "Qarabağ" turnir cədvəlində 3 xalla 33-cü sırada qərarlaşıb və pley-off şanslarını itirib.
FCSB-nin baş məşqçisi Elias Xaralambus səfər qələbəsinin asan olmadığını vurğulayıb: "Çətin oyun idi, amma səylərimiz bəhrə verdi." "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov isə oyunla bağlı bunları qeyd edib: "Üç künc zərbəsindən üç qol buraxmaq məyusedici idi. Görünür, hələ səhvlərimiz üzərində çalışmalıyıq."
Növbəti turda "Qarabağ" Yunanıstanda "Olimpiakos"la qarşılaşacaq. Bu, komanda üçün turnirdəki son matç olacaq.
Zemfira Ms
Finss.az