İdman

23 Yanvar

"Qarabağ" və "Qalatasaray" yenidən qarşılaşacaq: Klubun Bakıda fan-şopu açılıb

Finss.az - Türkiyənin "Qalatasaray" klubu ilə Azərbaycanın "Qarabağ" FK arasında daha bir yoldaşlıq oyununun keçirilməsi planlaşdırılır.

Bu barədə İstanbul klubunun İdarə Heyətinin üzvü Emin İmanov məlumat verib.

Matçın İstanbulda təşkil olunacağı bildirilsə də, dəqiq tarix hələ müəyyənləşməyib. Komandaların sıx oyun qrafikləri səbəbindən görüşün vaxtı ilə bağlı müzakirələr davam edir.

Xatırladaq ki, sonuncu dəfə bu komandalar 2023-cü il martın 26-da Bakıda qarşılaşıb, həmin oyunda "Qalatasaray" 2:1 hesablı qələbə qazanmışdı.

Eyni zamanda, Türkiyə xaricində ilk dəfə olaraq "Qalatasaray"ın rəsmi fan-şopu Bakıda açılıb.

Klubun İdarə Heyətinin üzvü Emin İmanov açıqlamasında bildirib ki, Azərbaycanda "Qalatasaray" azarkeşlərinin çoxluğu və bu yöndə tələbat fan-şopun açılmasına səbəb olub.

İndi azarkeşlər klubun lisenziyalı məhsullarını Bakıda, Füzuli küçəsi 53 ünvanında yerləşən mağazadan əldə edə bilərlər.

Zemfira Ms
Finss.az