İdman

27 Dekabr

"Mançester Siti" Fransa klubunun futbolçusunu transfer etmək niyyətindədir

İngiltərənin "Mançester Siti" klubu Fransa təmsilçisi "Lill"in futbolçusu Conatan Devidi transfer etmək niyyətindədir.

Finss.az xəbər verir ki, Mançester təmsilçisi keçidi qış "transfer pəncərəsi"ndə reallaşdırmaq istəyir.

Klubun skautlarının 24 yaşlı amerikalı futbolçunu xeyli müddətdir izlədiyi bildirilir. Ön xətt oyunçusunu Premyer Liqanın digər klubları - "Arsenal" və "Mançester Yunayted" də heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, C.Devid 2020-ci ildən "Lill"in formasını geyinir.

Kaira Agayeva 

Finss.az