İdman

26 Dekabr

Xosep Qvardiola Premyer Liqa oyunundan əvvəl futbolçuları klubun bazasında saxlayıb

İngiltərənin "Mançester Siti" komandasının futbolçuları "Everton"a qarşı keçirəcəkləri Premyer Liqanın XVIII turunun matçından əvvəl klubun bazasında gecələyiblər.

Finss.az xəbər verir ki, "şəhərlilər"in baş məşqçisi Xosep Qvardiola uğursuz seriyaya görə bu qərarı verib.

Qeyd edək ki, son 12 qarşılaşmada cəmi 1 qələbə qazanan Mançester təmsilçisi Premyer Liqanın turnir cədvəlində 27 xalla 6-cı pillədə qərarlaşıb. Bu gün baş tutacaq "Mançester Siti" - "Everton" görüşü Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Kaira Agayeva 

Finss.az