"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Türkiyə klublarından aldığı təklifləri qəbul etməyib.
Finss.az xəbər verir ki, bunu klubun baş direktoru Emrah Çelikel deyib: "O, komandamızda qalmağı üstün tutub. “Qarabağ” onun rəhbərliyi altında uzun illərdir güclü mənəvi ruhla çıxış edir".
Emrah Çelikel həmçinin "Qarabağ"ın hücumçusu Juninyonun "Sevilya"ya mümkün transferindən danışıb: "Rəsmi təklif var. İlk mərhələdə razılıq əldə edilməyib, lakin danışıqlar davam edir. Juninyo kimi forvard tapmaq çətin olsa da, Azərbaycan futbolçusunun La Liqada çıxış etməsini istərdik".