İdman

23 Oktyabr

Azərbaycan klubu italiyalı yarımmüdafiəçi ilə güclənə bilər

Raca Nainqqolan karyerasını Yevlax “Karvan”ında davam etdirə bilər.

Finss.az xəbər verir ki, bu barədə klubun baş məşqçisi Kənan Kərimov məlumat verib.

Onun sözlərinə görə, maliyyə məsələləri hələ müzakirə olunmasa da, İtaliyanın “İnter” və “Roma” klublarının sabiq yarımmüdafiəçisi ilə artıq danışıqlar aparılıb. Kərimov onu da qeyd edib ki, “Karvan” Azərbaycanın Birinci Liqasında çıxış etdiyi üçün klubun böyük ödənişlər üçün büdcəsi yoxdur.

Kaira Agayeva 

Finss.az