İdman

23 Oktyabr

NBA tarixində ilk dəfə ata və oğul rəsmi matçda eyni anda meydana çıxıblar

ABŞ-nin Milli Basketbol Liqasında (NBA) ilk dəfə ata və oğul eyni anda meydana çıxıblar.

Finss.az xəbər verir ki, bu, "Los Anceles Leykers" və "Minnesota" komandalarının duelində gerçəkləşib.

"Los Anceles Leykers"də çıxış edən Lebron Ceyms (39 yaş) oğlu Bronni Ceymslə (20 yaş) birlikdə bu qarşılaşmada iştirak ediblər.

Qeyd edək ki, görüş Los Anceles təmsilçisinin qələbəsi ilə bitib - 110:103

Kaira Agayeva 

Finss.az