İdman

17 Oktyabr

“TeamGym” üzrə Avropa çempionatı: Qarışıq komanda yarışında finalçılar bəlli olub

Bakıda ilk dəfə keçirilən “TeamGym” üzrə 15-ci Avropa çempionatında böyük gimnastlar arasında növbəti finalçılar bəlli olub.

Finss.az xəbər verir ki, Milli Gimnastika Arenasında reallaşan turnirdə 10 ölkədən kişi və qadınlardan təşkil olunmuş qarışıq komandalar 3 alət üzrə mübarizə aparıblar.

Ən yaxşı nəticəyə 58.000 xalla Danimarka yığması imza atıb. Böyük Britaniya 52.500, İsveç 52.100, İslandiya 51.100, Norveç 49.300, İtaliya isə 48.325 xalla həlledici mərhələdə iştirak hüququ qazanıb.

Daha əvvəl qadınlardan ibarət komandalar qüvvələrini sınayıblar. İslandiya (53.250), Danimarka (51.200), Norveç (48.750), Böyük Britaniya (48.550) və Finlandiya (47.900) kollektivləri finala yüksəliblər. 

Bu gün, həmçinin kişilərdən ibarət komandalar 3 alət üzrə çıxış edəcəklər. 

Qeyd edək ki, 14 ölkədən 268-i böyüklər və 230-u yeniyetmələr olmaqla, ümumilikdə 498 idmançının iştirak etdiyi turnirə oktyabrın 19-da yekun vurulacaq.

Kaira Agayeva 

Finss.az