İDMAN

12 Avqust

Parisdə XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib

Dünən Parisdə XXXIII Yay Olimpiya Oyunlarının bağlanış mərasimi keçirilib.

Finss.az xəbər verir ki, tədbir "Stad de Frans" stadionunda təşkil olunub və açılış mərasiminin yaddaqalan anlarının nümayişi ilə başlayıb. Ölkələrin nümayəndə heyətləri dünya xəritəsi formasında hazırlanan səhnəyə daxil olub, Azərbaycan bayrağını Qaşım Maqomedov və Zeynəb Hümmətova dalğalandırıblar.

Son mükafatlandırma mərasimində qadınlar arasında marafon qaliblərinə mükafatlar təqdim edilib. Niderlandlı Sifan Hassan qızıl medal qazanıb. Mərasimdə Olimpiya bayrağı Los-Ancelesə ötürülüb və "Los-Anceles-2028" Oyunlarının tanıtım videosu yayımlanıb.

Azərbaycan Oyunlarda 15 idman növü üzrə 48 idmançı ilə təmsil olunaraq 7 medal qazanıb və 30-31-ci yerləri bölüşdürüb. Hidayət Heydərov və Zelim Kotsoyev Olimpiya çempionu, Qaşım Maqomedov və Alfonso Dominqes gümüş, Həsrət Cəfərov, Maqomedxan Maqomedov və Giorgi Meşvildişvili isə bürünc medala layiq görülüblər.

 

Zemfira Ms

Finss.az