İDMAN

12 Avqust

Olimpiadanın bürünc medalı uğrunda iki keçmiş rus güləşçisi mübarizə aparıb

İslam Dudayev 65 kq çəki dərəcəsində bürünc uğrunda görüşdə İsmayıl Musukayevə qalib gəlib. Dudayev Albaniyanı, Musukayev - Macarıstanı təmsil edən sərbəst güləşçi İslam Dudayev 65 kq çəki dərəcəsində Olimpiya Oyunlarının bürünc medalı uğrunda mübarizədə Macarıstanı təmsil edən Nalçik əsilli İsmayıl Musukayevə qalib gəlib.

Finss.az xəbər verir ki, Dudayev Çeçenistanda anadan olub, 2021-ci ildən Albaniyada çıxış edir və bu il Avropa çempionu olub.

Dünya çempionu (2023) və Avropa çempionu (2022) Musukayev idman vətəndaşlığını hələ 2019-cu ildə dəyişib. Bu çəki dərəcəsində Olimpiya qızılını finalda iranlı Rəhman Amuzadı məğlub edən yaponiyalı Kiyooka Kotaro qazanıb.

Puerto-rikalı Sebastian Rivera daha bir bürünc medal qazanıb.

Kaira Ağayeva 

Fisns.az