İDMAN

09 Avqust

Azərbaycanın sərbəst güləşçisi qələbə qazanıb - Paris-2024

Azərbaycanın sərbəst güləşçisi Giorgi Meşvildişvili Fransanın paytaxtı Parisdə təşkil olunan Yay Olimpiya Oyunlarında mübarizəyə start verib.

Finss.az xəbər verir ki, 125 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində Diaeldin Abdelmottalebə  (Misir) qalib gələrək 1/4 final mərhələsinə vəsiqə qazanıb.

O, növbəti raundda Lxaqvaqerel Munxtur (Monqolustan) ilə görüşəcək.