İDMAN

08 Avqust

İmane Xelif: Paris Olimpiadasının səs-küylü qəhrəmanı

2024-cü il Paris Olimpiadasında Əlcəzairli boksçu İmane Xelif yenidən dünya miqyasında geniş müzakirələrə səbəb olub.

Finss.az dünya mətbuatına istinadən xəbər verir ki, qadınlar arasında 66 kiloqram çəki dərəcəsində çıxış edən Xelif, 1/4 finalda macar boksçusu Luka Anna Hamoriyə qarşı mübarizədə 5:0 hesabı ilə qalib gəlib. Lakin mübarizə zamanı Hamorinin məşqçisinin göstərişlərinə cavab olaraq "Mən qalib gələ bilmərəm, o, kişidir" sözlərini deməsi böyük səs-küyə səbəb olub.

İmane Xelifin Parisdə italiyalı boksçu Angela Karini ilə görüşü də mübahisələrə yol açıb. Görüşün 46-cı saniyəsində Karini yarışdan kənarlaşdırılıb və o, Xelifin yumruqlarının gücünü əsas gətirərək, təhlükəsizliyi üçün yarışdan çəkildiyini bildirib.

Xelifin şəxsiyyəti ilə bağlı sosial mediada yayılmış təsdiqlənməmiş iddialar idmançının tənqid hədəfinə çevrilməsinə səbəb olub. Mübahisə, Beynəlxalq Boks Assosiasiyasının (IBA) ötən il verdiyi qərarla əlaqəlidir. IBA, Xelifi keçən il keçirilən sınaq nəticələrinə əsaslanaraq Qadınlar arasında Dünya Çempionatından kənarlaşdırmışdı.

Lakin Beynəlxalq Olimpiya Komitəsi (IOC), Xelifin Olimpiya Oyunlarında yarışmağa uyğun olduğunu qərar verib.