İDMAN

07 Avqust

Paris-2024: Azərbaycanın yunan-Roma güləşçisi yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.

Finss.az-ın turnirə ezam olunmuş əməkdaşının məlumatına görə, 67 kq çəki dərəcəsində yarışan idmançı 1/4 final mərhələsində moldovalı Valentin Petiçlə üz-üzə gəlib.

Görüş idmançımızın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Cəfərov 1/8 finalda Mohamed Elsayedidən (Misir) üstün olmuşdu. H.Cəfərov yarımfinalda Ukraynanı təmsil edən Azərbaycan əsilli güləşçi Pərviz Nəsibovla üz-üzə gələcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.

Kaira Ağayeva

Finss.az