İDMAN

06 Avqust

İspaniya klubu "Mançester Siti"nin futbolçusu üçün 75 milyon avro təklif edib

İspaniyanın "Atletiko" klubu Xulian Alvaresin transferi üçün "Mançester Siti"yə 75 milyon avro təklif edib.

Finss.az "Relevo"ya istinadən xəbər verir ki, Madrid klubunun 24 yaşlı hücumçu üçün təklifinə bonuslar da daxildir.

Hazırda futbolçunun müqaviləsi ilə bağlı bəzi detallar haqqında danışıqlar davam edir.

Qeyd edək ki, Argentinalı futbolçu ötən mövsüm Premyer Liqada meydana çıxdığı 36 oyunda 11 qol və 9 məhsuldar ötürmə ilə yadda qalıb.

Kaira Ağayeva 

Finss.az