İDMAN

06 Avqust

Paris-2024: İspaniya millisi Braziliyanın rekordunu təkrarlayıb

Futbol üzrə İspaniya millisi (U-23) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında rekordu təkrarlayıb.

Finss.az-ın məlumatına görə, yığma buna yarımfinal matçında Mərakeşi 2:1 hesabı ilə məğlub etməklə nail olub.

Komanda olimpiadalar tarixində beşinci dəfə həlledici qarşılaşmaya vəsiqə qazanıb. Daha əvvəl Braziliya seçməsi eyni sayda final matçında iştirak edib.

İspaniya millisi 1920, 1992, 2000, 2021-ci illərdəki yarışda da bunu bacarıb.

Qeyd edək ki, yığma avqustun 9-da final oyununda Fransa kollektivi ilə üz-üzə gələcək.

Kaira Ağayeva 

Finss.az