İDMAN

05 Avqust

UEFA Konfrans Liqası: Azərbaycan təmsilçilərinin pley-offdakı mümkün rəqibləri bəlli olacaq

UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü bu gün atılacaq.

Fins.az xəbər verir ki, Azərbaycan klubları "Zirə" və "Sabah"ın da bu raunddakı mümkün rəqibləri müəyyənləşəcək.

Tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq. Təmsilçilərimizin yer aldığı cütlər püşk zamanı səpələnməmişlər səbətində olacaq.

Qeyd edək ki, "Zirə" III təsnifat mərhələsində Xorvatiyanın "Osiyek" klubu ilə, "Sabah" isə İrlandiyanın “Sent Patriks” komandası ilə qarşılaşacaq. Bu raundun ilk matçları avqustun 8-də, cavab oyunları isə ayın 15-də gerçəkləşəcək.

Komandalar ilk görüşlərini səfərdə keçirəcəklər.

Kaira Ağayeva 

Fins.az