İDMAN

02 Avqust

Paris-2024: Azərbaycan taekvondoçusu olimpiadaya yollanıb

Azərbaycan taekvondoçusu Qaşım Maqomedov Fransada keçirilən Yay Olimpiya Oyunları üçün Parisə yollanıb.

Fins.az xəbər verir ki, Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən Fins.az-a verilən məlumata görə, onunla birlikdə məşqçisi Məmməd Abdullayev və partnyoru Əliəskər Əliyev də sözügedən şəhərə yola düşüb.

Qaşım Maqomedov 58 kq çəki dərəcəsində mübarizə aparacaq. Taekvondo yarışlarına avqustun 7-də start veriləcək.

Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Azərbaycan təmsilçilərindən cüdoçular Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar. Boksçu Alfonso Dominqes (92 kq) yarımfinala vəsiqə qazanmaqla ən azı bürünc medalı təmin edib.

Kaira Ağayeva 

Fins.az