İDMAN

02 Avqust

Azərbaycan millisinin basketbolçusu: Meydanda hər top uğrunda mübarizə apardıq

"Meydanda hər top uğrunda mübarizə apardıq."

Bunu Fins.az-ın Parisə ezam olunmuş əməkdaşına açıqlamasında Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol millisinin üzvü Dina Ulyanova deyib.

Yığma üzvü Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Avstraliyaya qarşı keçirdikləri matçla bağlı danışıb:

"Rəqibin güclü komanda olduğunu bilirdik. Bu üzdən özümüzü sərt mübarizəyə kökləmişdik. Güclü rəqiblərə qarşı oynamaq yaxşı təcrübədir. Burada olmağımız belə irəliyə doğru böyük addımdır. Güclü rəqiblərlə oyunlar bizi daha da güclü edəcək, təcrübəmiz artacaq. Düzdür, yorğunluq da var. Amma burada şərtlər hamı üçün eynidir".

Qeyd edək ki, Azərbaycanın 3x3 basketbol millisi Avstraliyaya 12:21 hesabı ilə uduzub.

Ratomir Deliçin yetirmələri bu gün Çin ilə növbəti matçına çıxacaq.

Kaira Ağayeva 

Fins.az