İDMAN

01 Avqust

"Fehervar"ın baş məşqçisi: Rəqibimiz fiziki cəhətdən güclü komanda idi

"Rəqibimiz fiziki cəhətdən güclü komanda idi."

Fins.az Macarıstana ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Sumqayıt" klubu ilə qarşılaşmadan sonra yerli "Fehervar" komandasının baş məşqçisi Tamaş Peto mətbuat konfransında deyib.

Mütəxəssis çoxlu səhvlərə yol verdiklərini də etiraf edib:

"Mərhələ adladığımız üçün çox şadam. Əvvəlcədən gözlədiyim kimi, çox çətin matç oldu. Komandamda yorğunluq hiss etdim. Buna görə də çoxlu səhvlərə yol verdik. Az oyun keçirmişik. Oyunçuları rotasiya etməyə və komandanı yeniləməyə çalışdıq. Xoşbəxtlikdən, bir neçə mövqedə istifadə edə biləcəyimiz oyunçularımız var."

Qeyd edək ki, "Fehervar" - " Sumqayıt" matçı 0:0 hesabı ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə (2:1, 0:0) Sumqayıt təmsilçisi Konfrans Liqasında mübarizəni dayandırıb.

Kaira Ağayeva 

Fins.az