İDMAN

31 İyul

Paris-2024: Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandası yarışa məğlubiyyətlə başlayıb

Azərbaycanın qadınlardan ibarət 3x3 basketbol növü üzrə milli komandası Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə start verib.

Fins.az xəbər verir ki, yığma I turda İspaniya ilə qarşılaşıb.

Görüş komandamızın 16:18 hesablı məğlubiyyəti ilə yekunlaşıb.

Qeyd edək ki, seçməmiz II turun oyunu çərçivəsində sabah ABŞ ilə qarşılaşacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq.

Kaira Ağayeva

Fins.az