İDMAN

30 İyul

Çempionlar Liqasında bu gecə saat 20:00-da - "Qarabağ" "Linkoln"la cavab oyununda qarşılaşır

Azərbaycanın UEFA Çempionlar Liqasındakı təmsilçisi “Qarabağ” bu gün II təsnifat mərhələsində cavab oyununa çıxacaq. Komanda Bakıda Cəbəllütariqin “Linkoln” kollektivini qəbul edəcək.

Fins.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:00-da başlayacaq. Danimarkadan olan hakimlər briqadasının idarə edəcəyi qarşılaşma “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Qeyd edək ki, komandalar arasında Cəbəllütariqdə keçirilən ilk matçda “Qarabağ” 2:0 hesablı qələbə qazanıb.

30 iyul

“Qarabağ” – “Linkoln”

Tofiq Bəhramov adına Respublika Stadionu. Saat 20:00

Baş hakim: Yakob Sundberq

Baş hakimin köməkçiləri: Deniz Yurdakul, Viktor Skitte

Dördüncü hakim: Yakob Karlsen

VAR hakimləri: Yonas Hansen, Yens Maae

(Hakimlər briqadası Danimarkadandır)