İDMAN

28 İyul

"Roma" "Yurqorden"dən oyunçu aldı

"Roma" müdafiə xəttini yeni oyunçu ilə gücləndirib.

Fins.az xəbər verir ki, "canavarlar" İsveçin "Yurqorden" klubundan Samuel Dahlı heyətə cəlb edib. Bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

21 yaşlı müdafiəçi üçün İsveç klubuna 4,3 milyon avro təzminat ödənilib. 

Qeyd edək ki, İsveç millisinin üzvü "Yurqorden"də 37 rəsmi matçda 6 qol ötürməsi edib.