İdman

25 İyul

Azərbaycan UEFA reytinqində Slovakiyanı təqib etməkdə davam edir

Azərbaycan UEFA-nın əmsallar cədvəlində Slovakiyanı təqib etməkdə davam edir.
Çempionlar Liqasının II təsnifat mərhələsində bir sıra oyunların nəticələrini nəzərə alan UEFA-nın yenilənmiş əmsallar cədvəli açıqlanıb. Ötən gün bu mərhələdə Ağdamın “Qarabağ” klubu səfərdə Cəbəllütariq “Linkoln”una 2:0 hesabı ilə qalib gəlib.

Fins.az xəbər verir ki, Ağdam klubunun uğuru Azərbaycana 0,25 xal gətirib, ölkəyə 17,25 xal qazandırıb.
Nəzərinizə çatdıraq ki, bu siyahıda klubların son beş mövsümdə avrokuboklarda əldə etdiyi nəticələr nəzərə alınıb, artıq altı il əvvəlki göstəricilər nəzərə alınmır.

Azərbaycan UEFA reytinqində 25-ci yeri qoruyub və 17,375 xala malik Slovakiyanı təqib etməkdə davam edir və ən yaxın izləyicisi Kiprdən cəmi 0,025 xal qabaqlayır. Bununla belə, Azərbaycan futbolu yaxın gələcəkdə öz xəzinəsini doldura bilər. “Zirə”, “Sabah” və “Sumqayıt” klubları bu həftə Konfrans Liqasının seçmə mərhələsində qalib gəlsələr, bu işdə ona kömək edə biləcəklər.
Rusiya klublarını avrokuboklarda iştirakdan kənarlaşdırdığı üçün hələ də xal almır. Ölkənin indi əvvəlki dörd mövsümdə qazandığı 18,299 xalı var.

UEFA əmsallar cədvəlinin ilk onluğu böyük dəyişikliklərə məruz qalmayıb və ardıcıllıq belədir: İngiltərə (89,16), İtaliya (79,106), İspaniya (73,989), Almaniya (71,660), Fransa (57,736), Hollandiya (53,9), Portuqaliya ( 48,416), Belçika (42,4), Türkiyə (33,8) və Çexiya (33,75).

Kaira Ağayeva 

Fins.az