İDMAN

18 İyul

FIFA reytinqi: Millimizin mövqeyi dəyişməyib

FIFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Fins.az report -a istinadən xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi Azərbaycan millisinin mövqeyində dəyişiklik olmayıb.

Yığma 1179.88 xalla 111-ci pillədə qalıb.

Reytinq cədvəlinə son dünya çempionu və Amerika Kubokunun qalibi Argentina (1901.48) başçılıq edir. Fransa (1854,91) ikinci, son Avropa çempionu İspaniya isə (1729,92) üçüncüdür. Almaniyada təşkil olunmuş Avropa çempionatının finalında İspaniyaya məğlub olan İngiltərə yığması 1812,26 xalla 4-cü sıraya yüksəlib.