İDMAN

17 İyul

"Şerif"in yeni transferi: "Zirə"yə uduzmağımız məyusedicidir

Oyunu izlədim, "Zirə"yə uduzmağımız məyusedicidir.

Fins.az xəbər verir ki, bunu "Zirə"nin UEFA Avropa Liqasının I təsnifat mərhələsindəki rəqibi "Şerif"in (Moldova) yeni transferi Gideon Qudlad klubun mətbuat xidmətinə açıqlamasında deyib.

19 yaşlı yarımmüdafiəçi Azərbaycanda qalib gələcəklərinə inandığını bildirib:

"Bu barədə çox danışdıq, məğlubiyyətin səbəblərini axtardıq. Şəxsən inanıram ki, biz Azərbaycanda qalib gələcəyik. Orada yaxşı nəticə əldə edə bilərik".

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.

Kaira Agayeva 

Fins.az