İDMAN

17 İyul

"Zirə" klubunun UEFA Avropa Liqasındakı rəqibi Bakıya çatıb

"Zirə" klubunun UEFA Avropa Liqasının ilk təsnifat mərhələsindəki rəqibi "Şerif" (Moldova) Bakıya çatıb.

Fins.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Komanda üzvlərinin Heydər Əliyev Hava Limanından fotoları paylaşılıb.

Qeyd edək ki, "Zirə" və "Şerif" arasında cavab matçı iyulun 18-də, saat 20:00-da "Dalğa Arena"da baş tutacaq. Moldovada gerçəkləşən ilk görüşdə Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv 1:0 hesablı qələbə qazanıb.

Kaira Agayeva 

Fins.az