İDMAN

09 İyul

AVRO-2024: Bu gün yarımfinal görüşləri start götürür

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün yarımfinalın ilk oyunu keçiriləcək.

Fins.az xəbər verir ki, günün yeganə matçı Münhendəki "Alyans Arena"da, İspaniya və Fransa yığmaları arasında gerçəkləşəcək.

Pireneylilər 1/4 finalda Almaniyanı mübarizədən kənarlaşdırıblar. Fransızlar isə Portuqaliyadan güclü olublar.

Saat 23:00-da start götürəcək görüşü sloveniyalı Slavko Vinçiç idarə edəcək.

Qeyd edək ki, yarımfinal mərhələsinin digər qarşılaşmasında sabah Niderland və İngiltərə yığmaları üz-üzə gələcək.

Kaira Agayeva 

Fins.az